Geri

FHN-in Muğan Regional Mərkəzi qərargah məşqi keçirib

FHN-in Muğan Regional Mərkəzində qərargah məşqi keçirilib.

Ayrıca qərargah məşqinin keçirilməsində əsas məqsəd sözügedən regionda əməliyyat şəraitinin daim nəzarətdə saxlanılması, baş verə biləcək fövqəladə hadisələr zamanı çevik və operativ qərarların qəbul olunması və əhalinin vaxtında xəbərdar edilməsi üzrə şəxsi heyətin peşəkar vərdişlərinin təkmilləşdirilməsi olub. 

Məşqin gedişində əsas diqqət fövqəladə hallar zaman əməliyyat planlarının reallığının yoxlanılması, fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi və komandir-rəis heyətinin idarəetmə bacarıqlarının artırılmasına yönəlib.

Uğurla icra edilən məşqdən sonra əldə edilmiş nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.

 

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu