Geri

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi mülki müdafiə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Göygöl şəhər İ.Hüseynov adına 1 nömrəli tam orta məktəbdə nümunəvi mülki müdafiə tədbiri keçirib.

Tədbirin əsas məqsədi ictimaiyyətin diqqətinin fövqəladə hallardan qorunma və mülki müdafiə işinin təşkili məsələlərinə cəlb edilməsi, vətəndaşlara fövqəladə hallar zamanı düzgün davranış qaydalarının aşılanması olub.

Tədbirdə FHN-in Gəncə Regional Mərkəzinin, Göygöl Rayon İcra Hakimiyyətinin, Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin, eləcə də Göygöl rayonunda yerləşən ümumtəhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edənlər əhalinin mülki müdafiə üzrə maarifləndirilməsi, ümumtəhsil müəssisələrinin rəhbərlərinin, pedaqoji kollektivlərin, şagirdlərin diqqətinin bu sahəyə cəlb edilməsi baxımından belə tədbirlərin keçirilməsinin vacib olduğunu bildiriblər. Həmçinin, çıxışlarda mülki müdafiə sahəsində qurumlararası birgə fəaliyyətin və sıx əməkdaşlığın əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm rol oynadığı vurğulanıb.

Sonra “açıq dərs”lər keçirilib. Dərslərdə şagirdlərə yanğınlar, zəlzələ, torpaq sürüşməsi, fərdi mühafizə vasitələrindən istifadə və s. mövzularda məlumatlar verilib.

Daha sonra praktiki məşğələyə start verilib. Şərti olaraq “zəlzələ” nəticəsində baş vermiş “yanğın” manqalar tərəfindən “məhdudlaşdırılaraq söndürülüb”. Həmçinin, şagirdlər “hadisə yerindən” təxliyə olunub, xilasetmə vasitələrindən istifadə edilməklə “zərərçəkmişlər” xilas edilib, onlara “təxirəsalınmaz ilkin yardım” göstərilib.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu