Geri

FHN-in Muğan Regional Mərkəzi “Mərkəzin şəxsi heyəti arasında korrupsiya hüquqpozmalarının baş verməməsi və mübarizənin davamlı olması” mövzusunda tədbir keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi “Mərkəzin şəxsi heyəti arasında korrupsiya hüquqpozmalarının baş verməməsi və mübarizənin davamlı olması” mövzusunda tədbir keçirib.

Tədbiri giriş sözü ilə açan Mərkəz rəisi polkovnik Vüqar Ağayev Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsinin sistemli, kompleks və innovativ xarakteri ilə seçilməsini, bu sahədə görülən tədbirlər çərçivəsində ciddi qərarlar qəbul edilməsini, yeni baxışlar və vəzifələr müəyyən edildiyini vurğulayıb. “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026–cı illər üçün Milli fəaliyyət Planı”nın aidiyyəti bəndlərinin müddəalarının icrasına dair məlumat verib.

Tədbirdə iştirak edən Salyan rayon Prokurorunun köməkçisi I dərəcəli hüquqşünas Toğrul Əhədzadə korrupsiya ilə əlaqədar hüquqpozmalar və bu hüquqpozmalara görə məsuliyyət, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində inzibati və cinayət məsuliyyəti tədbirlərilə yanaşı, preventiv təbdirlərin də əhəmiyyətini diqqətə çatdırıb.

Tədbirdə mövzu ətrafında geniş müzakirələr aparılıb, bu istiqamətdə keçirilən maarifləndirici tədbirlərin vacibliyi qeyd olunub.

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu