Geri

FHN-in Aran Regional Mərkəzində mülki müdafiə kursları keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzində "2023-cü il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları”na əsasən “İnzibati ərazi dairəsi üzrə nümayəndələr” kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib.

Kursların keçirilməsində əsas məqsəd fövqəladə hadisələrdən mühafizə sahəsində maarifləndirmə işinin aparılması, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydalarının, eləcə də yerli özünüidarəetmə orqanları rəhbərlərinin mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqlarının təkmilləşdirilməsi olub.

Kursda iştirak edən İnzibati ərazi dairəsi üzrə nümayəndələrə baş verə biləcək təbii və texnogen fəlakətlər zamanı işləməyən əhalinin marifləndirilməsi sahəsindəki roluna dair məşğələlər tədris olunub.

Nəzərdə tutulmuş kursun yüksək səviyyədə keçirilməsi üçün FHN-in digər qurumlarının yerli struktur bölmələrinin əməkdaşları da tədris prosesində iştirak ediblər.

Kursun sonunda proqramı müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə müvafiq şəhadətnamələr təqdim olunub.

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzi Cəlilabad rayon Yanğından Mühafizə Hissəsi ilə birgə təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin xilasetmə dəstəsi ilə birgə “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN-in Mülki müdafiə qoşunlarının komandanlığında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının komandanlığında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Yol-nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirilib. ...

Ardını oxu