Geri

FHN-in Mülki müdafiə qoşunlarının hərbi hissələrində "Heydər Əliyev İli"nə həsr olunmuş silsilə tədbirlər keçirilib

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının hərbi hissələrində "Heydər Əliyev İli"nə həsr olunmuş silsilə tədbirlər davam etdirilir.

Bu tədbirlər sırasında Heydər Əliyev mərkəzlərinə ekskursiyalar zamanı MMQ-nin şəxsi heyəti müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin ölkəmizin hərtərəfli inkişafında göstərdiyi misilsiz xidmətlər haqqında ətraflı məlumatlandırılıb, əsgər və zabitlər hərbi hissələrdə təşkil olunan fotostend və bədii kitablardan ibarət sərgilərdə Dahi Rəhbərin mənalı, zəngin və şərəfli həyat yolundan bəhs edən bədii sənət nümunələri ilə yaxından tanış olublar. Bununla bərabər, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mülki müdafiə qoşunlarının bütün hərbi hissələrini əhatə etməklə ağacəkmə aksiyaları keçirilib, hərbi hissələrin ərazilərində 300-dən artıq müxtəlif ağac növləri əkilib, bu işin may ayınadək davam etdiriləcəyi nəzərdə tutulub.

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzi Cəlilabad rayon Yanğından Mühafizə Hissəsi ilə birgə təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin xilasetmə dəstəsi ilə birgə “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN-in Mülki müdafiə qoşunlarının komandanlığında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının komandanlığında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Yol-nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirilib. ...

Ardını oxu