Geri

FHN-in Gəncə Regional Mərkəzində mülki müdafiə kursları keçirilib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində "Gənclərin çağrışaqədərki hazırlığı üzrə rəhbərlər" kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib.

Kurslarda iştirakçılara əhalinin baş verə biləcək fövqəladə hadisələrdən qorunma üsulları, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, idarəetmə orqanlarının əhalinin mühafizəsi sahəsindəki rolu ilə bağlı məşğələlər keçirilib. Eyni zamanda, kurslarda zərərçəkmişlərə ilk yardımın göstərilməsi, mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqlarının təkmilləşdirilməsi, habelə mülki müdafiə sahəsində vəzifələrin yerinə yetirilməsinə dair mövzular fotoslaydların müşayiəti ilə təqdim olunub.

Sonra dinləyicilər xüsusi xilasetmə avadanlıqları ilə yaxından tanış olublar.

Sonda kursları müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə şəhadətnamələr təqdim edilib.

Digər məlumatlar

FHN-in Mülki müdafiə qoşunlarının komandanlığında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının komandanlığında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Yol-nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirilib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə “Bakı Metropoliteni” QSC-də növbəti təlim keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə “Bakı Metropoliteni” QSC-nin “Nərimanov” elektrik deposunun ərazisində yerləşən vaqonlar parkında təlim keçirilib. ...

Ardını oxu