Geri

FHN-in Aran Regional Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirib.

Aran Regional Mərkəzinin rəhbərliyi və kollektivinin iştirakı ilə gerçəkləşən ağacəkmə aksiyası Mərkəzin ərazisində təşkil olunub.

Aksiyanın keçirilməsində məqsəd ölkəmizdə ekologiyanın qorunması, təbiətə qayğı və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etməkdən ibarət olub.

Aksiyada Aran bölgəsi iqliminə uyğun 100-dən çox çinar və şam ağacı əkilib.

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzi Cəlilabad rayon Yanğından Mühafizə Hissəsi ilə birgə təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin xilasetmə dəstəsi ilə birgə “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN-in Mülki müdafiə qoşunlarının komandanlığında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının komandanlığında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Yol-nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirilib. ...

Ardını oxu