Geri

FHN-in Sumqayıt Regional Mərkəzində masaüstü təlim keçirilib

Fövqəladə Hallar Nazirliyinin Baş əməliyyat idarəsi və Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin birgə təşkilatçılığı ilə FHN-in Sumqayıt Regional Mərkəzində “Əməliyyat növbətçiliyi sisteminin təkminləşdirilməsi” mövzusunda masaüstü təlim keçirilib.

Keçirilən təlimdə FHN-in strukturuna daxil olan aidiyyəti qurumların və regional mərkəzlərin məsul şəxsləri iştirak edib.

Təlimdə Sumqayıt Regional Mərkəzinin əhatə etdiyi ərazidə ehtimal olunan fövqəladə hadisələr barədə danışılıb, Mərkəzin fəaliyyəti, “K-3” sistemi və xidmətin təşkilində istifadə olunan digər proqramlarla bağlı ətraflı məlumat verilib.

Daha sonra Sumqayıt Texnologiyalar Parkında şərti yanğınla nəticələnən “partlayışın nəticələrinin aradan qaldırılması” zamanı Sumqayıt Regional Mərkəzinin əməliyyat növbətçiliyinin fəaliyyəti yoxlanılıb.

Təlimin sonunda Regional Mərkəzin fəaliyyəti təhlil edilərək qarşıya qoyulan tapşırığın icra vəziyyəti müzakirə edilib, suallar cavablandırılıb.

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu