Geri

FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi tərəfindən “Hərbi-tibbi və psixoloji hazırlıq” mövzusunda seminar- məşğələ keçirilib

Fövqəladə Hallar Nazirliyinin müvafiq əmri ilə təsdiq olunmuş 2023-cü il üçün Təşkilati-metodiki göstərişlərin tələblərinə uyğun olaraq, Nazirliyin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş tərəfindən Bakı Regional Mərkəzində “Fövqəladə hadisələr zamanı xilasedicilərin psixoloji hazırlığı. Fövqəladə hallar zamanı kütlənin davranışının psixoloji xüsusiyyətləri”, “Fövqəladə hadisələr zamanı xilasedicilərin mühüm peşəkarlıq keyfiyyətləri və psixoloji hazırlığı” və “İntihara cəhd zamanı ilkin psixoloji yardımın göstərilməsi” mövzularında seminar-məşğələ keçirilib.

FHN Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov tədbiri açaraq, xilasedicilərin psixoloji hazırlığını, fövqəladə və böhran vəziyyətlər zamanı xilasedicilərin düzgün qərar qəbul etmə qabiliyyətinə sahib olmasının əhəmiyyətini vurğulayıb, bu məşğələlərin xilasedicilərin iş fəaliyyətində mühüm rol oynadığını bildirib.

Seminar-məşğələdə Mərkəzin əməkdaşlarına əhali arasında yaranan tipik psixi pozuntular, psixi qərginliyi azaltmaq üçün kompleks tədbirlər, kəskin stress vəziyyətlərin növləri, stupor, isteriya, agressiya və bu kimi kəskin stress reaksiyaları yaşayan vətəndaşlara qarşı davranış qaydaları və yardım istiqamətləri, eləcə də xilasedicilərin psixoloji hazırlığı və iş fəaliyyətində yarana biləcək psixolojı problemlər barədə ətraflı məlumat verilib. Eyni zamanda, tədbir zamanı aktual mövzulardan olan intihar, intihara cəhd hadisələrinə xüsusi diqqət ayrılıb, intiharın növləri, intihar zamanı ilkin psixolojı yardımın göstərilməsi haqqında ətraflı müzakirə aparılıb, mövzulara dair videoçarxlar nümayiş etdirilib, slaydlar təqdim olunib.

Seminar-məşğələnin sonunda suallar cavablandırılıb, mövzular üzrə biliklərə yiyələnməsi səviyyəsini öyrənmək məqsədilə dinləyicilərlə qrup məşğələləri keçirilib.

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Bakı Mühəndislik Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzində "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda maarifləndirmə tədbiri keçirilib (foto)

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir təşkil edib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzində mülki müdafiə kursları keçirilib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində "Gənclərin çağrışaqədərki hazırlığı üzrə rəhbərlər" kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib. ...

Ardını oxu