Geri

FHN-in Cənub Regional Mərkəzində “Heydər Əliyev İli”nə həsr olunmuş tədris məşğələsi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzində “Heydər Əliyev İli”nə həsr olunmuş tədris məşğələsi keçirilib.

Mərkəzin şəxsi heyətinin iştirakı ilə keçirilən tədbirdə, əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib.

Çıxış edən natiqlər Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən ətraflı danışıb, ölkəmizin müstəqilliyi və tərəqqisi yolunda tarixi xidmətlərindən bəhs ediblər. Bildirilib ki, Azərbaycanın ən çətin anlarında onu xilas etmək üçün misilsiz fədakarlıqlar göstərən Dahi Rəhbər fitri istedadı, qətiyyəti, siyasi uzaqgörənliyi, müdrikliyi ilə ölkəmizi bəlalardan qurtarıb. Uzun illər boyu Azərbaycan xalqına yol göstərəcək, fayda verəcək qiymətli irs yaradıb. Ulu Öndərin yaratdığı mükəmməl idarəetmə sistemi müstəqil Azərbaycanın bir dövlət olaraq iqtisadi və siyasi cəhətdən möhkəmlənməsinə, dünyanın ən qüdrətli dövlətlərinin strateji tərəfdaşına çevrilməsinə səbəb olub.

İftixar hissilə qeyd olunub ki, bu gün Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ulu Öndərin yaratdığı şanlı tarixi yaşatmaqla bərabər, həm də yeni dövlətçilik məktəbinin banisinə çevrilib, fəaliyyəti ilə yeni bir tarixi epoxanın əsasını qoyub.

Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu