Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə “Bakı Metropoliteni” QSC-də növbəti təlim keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə “Bakı Metropoliteni” QSC-nin “Nərimanov” elektrik deposunun ərazisində yerləşən vaqonlar parkında təlim keçirilib.

Təlimin mövzusu vaqonlar parkında baş vermiş şərti yanğının “söndürülməsi” olub.

Əvvəlcə, baş vermiş şərti yanğın barədə səsucaldıcı vasitəsilə məlumat verilib. Məlumatdan dərhal sonra metropoliten işçiləri tərəfindən ilkin yanğınsöndürmə vasitələri ilə “yanğının söndürülməsinə başlanılıb” və FHN-in “112” qaynar telefon xəttinə “məlumat verilib”.

Daha sonra Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələri şərti yanğın hadisəsi baş vermiş ünvana gələrək qısa müddətdə “yanğını söndürüblər”.

Sonda təlimin nəticələri müzakirə olunub, FHN-in əməkdaşları tərəfindən metropolitenin yanğın təhlükəsizliyinə məsul şəxslərinə baş verə biləcək yanğın hadisələri zamanı zəruri döyüş hərəkətləri, metropoliten ərazisində yanğınların söndürülməsi üsulları və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları izah edilib.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Yol nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu