Geri

FHN-in Cənub Regional Mərkəzi nəzəri-praktiki tədbir keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən “Dövlət Sərhəd Xidmətinin Lənkəran şəhərində yerləşən “N” saylı hərbi hissəsi ilə Regional Mərkəz arasında fövqəladə hallar zamanı baş verə biləcək hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində razılaşdırılmış qarşılıqlı fəaliyyət planı”na uyğun olaraq fövqəladə hallar zamanı, o cümlədən yanğın təhlükəsizliyi ilə bağlı davranış qaydalarına dair nəzəri-praktiki tədbir keçirilib.

Tədbirdə FHN-in Cənub Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları və hərbi hissənin şəxsi heyəti iştirak edib.

Tədbir nəzəri və praktiki olmaqla iki hissədən ibarət olub.

Əvvəlcə, nəzəri hissə çərçivəsində təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları barədə hərbi hissənin şəxsi heyətinə geniş məlumat verilib.

Daha sonra hərbi hissənin həyətində davam etdirilən praktiki məşğələ zamanı hərbi hissənin ştatdankənar yanğınsöndürmə komandası tərəfindən təhlükəsizlik qaydalarına riayət edilməklə odsöndürücü balon və digər əlaltı vasitələrlə şərti yanğın ocağının praktiki olaraq söndürülməsi, eyni zamanda şərti olaraq baş vermiş yanğın zamanı zərərçəkmişlərin təhlükəsiz əraziyə təxliyə edilərək, onlara təxirəsalınmaz ilkin yardımın göstərilməsi əməliyyatı icra olunub.

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu