Geri

FHN-in Gəncə Regional Mərkəzində “Heydər Əliyev İli”nə həsr olunmuş dəyirmi masa keçirilib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində “Heydər Əliyev İli”nə həsr olunmuş “Heydər Əliyevin parlaq zəkası” mövzusunda dəyirmi masa keçirilib.

Mərkəzin şəxsi heyətinin iştirakı ilə keçirilən tədbirdə çıxış edənlər xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyevin Azərbaycana istər sovet dönəmində rəhbərliyi dövründə, istərsə də müstəqillik illərində ölkəmizin müstəqilliyi, onun inkişafı üçün misilsiz xidmətlərindən ətraflı bəhs ediblər. Bildirilib ki, Ümummilli Lider cəmiyyətin bütövləşməsi, milli həmrəyliyin aparıcı amilə çevrilməsi istiqamətində mühüm işlər görüb, xalqın birliyinin siyasi və nəzəri əsaslarını irəli sürüb. Dünya azərbaycanlılarının ölkəmizin milli mənafeləri ətrafında bir araya gətirilməsi, azərbaycançılıq ideologiyasının milli birliyin ən aparıcı amilinə çevrilməsi Heydər Əliyevin Azərbaycanımıza verdiyi minlərlə töhfələrindən biridir.

Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycanın etibarlı əllərdə olduğunu vurğulayan natiqlər Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil ölkəmizin illərə sığmayan yüksəlişlə inkişaf etdiyini iftixar hissilə dilə gətiriblər.

Tədbirin sonunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu