Geri

FHN-nin Şimal-qərb Regional Mərkəzində qərargah məşqi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili” mövzusunda qərargah məşqi keçirilib.

Qərargah məşqinin keçirilməsində əsas məqsəd sözügedən regionda əməliyyat şəraitinin daim nəzarətdə saxlanılması, baş verə biləcək fövqəladə hadisələr zamanı çevik və operativ qərarların qəbul olunması, əhalinin vaxtında xəbərdar edilməsi və zəruri tədbirlərin görülməsi ilə bağlı şəxsi heyətin peşəkar vərdişlərinin təkmilləşdirilməsi olub.

Məşqin gedişində əsas diqqət fövqəladə hallar zaman əməliyyat planlarının reallığının yoxlanılması, fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi və komandir-rəis heyətinin idarəetmə bacarıqlarının artırılmasına yönəlib.

Uğurla icra edilən məşqdən sonra əldə edilmiş nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu