Geri

FHN-in Şimal Regional Mərkəzində mülki müdafiə kursları keçirilib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzində "2023-cü il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planı”na əsasən “Yanğınsöndürmə manqa komandirləri” kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib.

Kursların keçirilməsində əsas məqsəd fövqəladə hadisələrdən mühafizə sahəsində maarifləndirmə işinin aparılması, yanğınsöndürmə sahəsində maarifləndirmə, məişətdə və təsərrüfatda yanğınların baş vermə səbəbləri, ilkin yanğınsöndürmə alət və avadanlıqlarından, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, eləcə də yerli özünüidarəetmə orqanları rəhbərlərinin mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqlarının təkmilləşdirilməsi olub.

Kurslarda iştirak edən dinləyicilərə əhalinin baş verə biləcək fövqəladə hadisələrdən mühafizəsi üsulları və davranış qaydaları, idarəetmə orqanlarının fəaliyyəti və əhalinin mühafizəsi sahəsindəki roluna dair məşğələlər tədris olunub.

Nəzərdə tutulmuş kursların yüksək səviyyədə keçirilməsi üçün FHN-in digər yerli qurumlarının əməkdaşları da tədris prosesində iştirak ediblər.

Sonda kursları müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə şəhadətnamələr təqdim edilib.

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Bakı Mühəndislik Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzində "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda maarifləndirmə tədbiri keçirilib (foto)

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir təşkil edib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzində mülki müdafiə kursları keçirilib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində "Gənclərin çağrışaqədərki hazırlığı üzrə rəhbərlər" kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib. ...

Ardını oxu