Geri

FHN-in“İzotop” xüsusi kombinatında "Heydər Əliyev İli"nə həsr olunmuş tədbir keçirilib

FHN-in“İzotop” xüsusi kombinatında “Heydər Əliyev İli"nə həsr olunmuş "20 Yanvar hadisəsinə Heydər Əliyev tərəfindən ilk siyasi qiymətin verilməsi” mövzusunda tədbir keçirilib.

Əvvəlcə, mərasim iştirakçıları faciə qurbanlarının və ölkəmizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan “İzotop” xüsusi kombinatının direktor müavini Cəfər Əhmədli deyib ki, 20 Yanvar Azərbaycanın tarixinə təkcə bir faciə günü kimi deyil, həm də xalqımızın istiqlaliyyət əzminin, sarsılmaz iradəsinin sübutu, dövlət müstəqilliyinin bərpa edilməsinə doğru aparan yol, milli qürur doğuran bir gün kimi həkk olunub. Xalqımızın başına gətirilən qanlı faciəyə ilk siyasi-hüquqi qiymətin ulu öndər Heydər Əliyev tərəfindən verildiyini bildirən natiq qeyd edib ki, 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu Öndər qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham edib, ifşaedici və cəsarətli bəyanat verib.

Sözünə davam edən C. Əhmədli bildirib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul edib. 1994-cü il martın 29-da Ulu Öndərin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı - Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə "20 Yanvar Şəhidi" fəxri adı təsis edilib. Şəhidlər xiyabanında "Əbədi məşəl" abidə-kompleksi ucaldılıb, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edilib.

Tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin daim sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırdığını bildiriblər. Dövlətimizin başçısının təşəbbüsləri sayəsində Şəhidlərin uyuduğu Şəhidlər xiyabanında təmir və yenidənqurma işləri aparılıb, Bakının Yasamal rayonundakı "20 Yanvar" dairəsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılıb.

Bu gün 20 Yanvar şəhidlərinin ruhunun şad olduğunu qeyd edən natiqlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordususunun doğma torpaqlarımızı Ermənistanın işğalından azad etdiyini, şəhidlərin qanının alındığını, Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq-yenidənqurma işlərinin aparıldığını vurğulayıblar.

 

 

 

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu