Geri

FHN-in Şimal-qərb Regional Mərkəzi “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda tədbir keçirib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda tədbir keçirib.

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən tədbirin əsas məqsədi şəxsi heyətin “ağ ölüm”ə qarşı mübarizəsi ilə bağlı maarifləndirilməsi olub.

Tədbiri giriş sözü ilə açan Şimal-qərb Regional Mərkəzinin rəis müavini polkovnik-leytenant Ceyhun Babayev narkotik maddələrin fəsadları, insan sağlamlığına və mənəviyyatına vurduğu zərbə, ondan qorunma yolları barədə ətraflı məlumat verib.

Daha sonra çıxış edən Qəbələ Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin həkim-narkoloqu Sərxan Rüstəmov ümumbəşəri bəla olan narkomaniyanın yayılmasının qarşısının alınması istiqamətində gənclərin potensialından istifadənin genişləndirilməsinin vacibliyini vurğulayıb, onların elmə, idmana olan marağının artırılması, mədəni-asudə vaxtının düzgün təşkil olunmasının əhəmiyyəti haqqında danışıb.

Sonda mövzuya dair videoçarx nümayiş olunub.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu