Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzində "2023-cü il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları”na əsasən “İnzibati Ərazi Dairələri” kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib.
Kursların keçirilməsində əsas məqsəd fövqəladə hadisələrdən mühafizə sahəsində maarifləndirmə işinin aparılması, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydalarının, eləcə də yerli özünüidarəetmə orqanları rəhbərlərinin mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqlarının təkmilləşdirilməsi olub.
Kurslarda iştirak edən dinləyicilərə əhalinin baş verə biləcək fövqəladə hadisələrdən mühafizəsi üsulları və davranış qaydaları, idarəetmə orqanlarının fəaliyyəti və əhalinin mühafizəsi sahəsindəki roluna dair məşğələlər tədris olunub.
Nəzərdə tutulmuş kursların yüksək səviyyədə keçirilməsi üçün FHN-in digər yerli qurumlarının əməkdaşları da tədris prosesində iştirak ediblər.
Tədbirlərin sonunda kursları müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə müvafiq şəhadətnamələr təqdim olunub.
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Astara Rayon Mərkəzi Xəstəxanasında “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində müəssisə və təşkilatlarda silsilə maarifləndirmə tədbirləri keçirib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Akademiyasında “Ümummilli lider Heydər Əliyev və təhsilin inkişafı” mövzusuna həsr olunmuş tədbir keçirilib. ...
Ardını oxu