Geri

FHN Qızılağac Milli Parkında maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Lənkəran rayonu, Balıqçılar qəsəbəsi ərazisində yerləşən Qızılağac Milli Parkında açıq havada “Meşələri və parkları yanğından qoruyaq” mövzusunda maarifləndirmə tədbiri keçirib.

Tədbirdə Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin, Qızılağac və Hirkan Milli parklarının əməkdaşları iştirak edib.

Tədbirdə meşələrin və parkların yanğından mühafizəsi ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub, yanğın təhlükəsizliyinə dair tələblər barədə məlumat verilib. Həmçinin, meşələrin və meşəətrafı ərazilərin, parkların quru ot, kol-kos, qurumuş ağaclardan təmizlənməsinin, yolkənarı, meşəətrafı ərazilərdə şumlama yolu ilə yanğına qarşı zolaqların salınmasının vacibliyi vurğulanıb, yanğınsöndürmə texnikalarının su ehtiyatının bərpası üçün təbii su hövzələrindən su götürməsinə şəraitin yaradılmasının zəruriliyi diqqətə çatdırılıb.

Daha sonra mövzü ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu