Geri

FHN-in Sumqayıt Regional Mərkəzi müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Altıağac Milli Parkında “Dənli və texniki bitkilərin yığılması, daşınması və emalı dövründə, eləcə də meşə zolaqlarında, milli parklarda və dövlət qoruqlarında yanğın təhlükəsizliyinin təmin edilməsi” mövzusunda müşavirə keçirib.

Tədbir¬də FHN-in Sumqayıt Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Dövlət Yanğından Mühafizə Xidmətinin Xızı Rayon Yanğından Mühafizə Hissəsinin və Altıağac Milli Parkının əməkdaşları iştirak ediblər.

Toplantıda fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması zamanı qarşılıqlı fəaliyyətin təşkili, dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar qarşıda duran vəzifələr barədə məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Sonda maarifləndirici videoçarxlar nümayiş etdirilib, yanğın və texniki təhlükəsizlik qaydalarını təbliğ edən yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri tədbir iştirakçılarına paylanılıb.

 

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu