Geri

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qəbələdə Vətən müharibəsi qaziləri ilə görüş keçirilib

26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının Qəbələ şəhərində yerləşən “N” saylı hərbi hissəsində 44 nəfər Qəbələ rayonundan olan Vətən müharibəsi qazisinin iştirakı ilə tədbir keçirilib.

Tədbirdə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasının sədr müavini Cavanşir Alxasov, FHN-in Şimal-qərb Regional Mərkəzinin rəisi Sadiq Bəkirli Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Abdullayev, “N” saylı hərbi hissənin komandiri Rəşad Hacıyev, hərbi hissənin zabit və əsgərləri iştirak edib.

Tədbirdə Dövlət Himni səsləndirildikdən sonra Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxış edərək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranma tarixindən danışıb, hərbçi və əsgərləri, qaziləri, şəhid ailələrini bayram münasibətilə təbrik edib. Bildirib ki, 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Milli Ordunun yaradılması barədə tarixi qərar əsas götürülərək, ümummilli lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə 26 iyun təqvimi Azərbaycanda Silahlı Qüvvələr Günü kimi qeyd olunur.

Natiq deyib ki, Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz Ulu Öndərin gərgin zəhmətinin bəhrəsidir və Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Prezident İlham Əliyevin ordu quruculuğu sahəsində apardığı misilsiz işlər nəticəsində sağlam və vətənpərvər gənc nəsilin yetişdiyini bildirən M.İsmayılov işğal altındakı torpaqlarımızın məhz Azərbaycanın peşəkar hərbçilərinin və gənc vətənpərvər övladlarının şücaəti, fədakarlığı sayəsində cəmi 44 günə işğaldan azad edildini xatırladıb.

İttifaqın sədri çıxışında Prezident İlham Əliyevin şəhid ailələri, müharibə əlilləri və veteranlarının sosial təminatı, postmüharibə dövründə onlara sosial dəstək, məşğulluq, mənzil, fərdi ev və avtomobil təminatı istiqamətində gördüyü işlərə də toxunub.

Mehman İsmayılov çıxışında ölkənin birinci xanımı, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələri, müharibə əlilləri və veteranlarına göstərdiyi diqqət və qayğıdan da danışıb. Qeyd edib ki, Mehriban xanım Əliyevanın şəhid ailələri, müharibə əlilləri və veteranlarının qayğılarının, xüsusən onların sosial və tibbi reabilitasiya problemlərinin həllində Heydər Əliyev Fondunun rəhbəri kimi göstərdiyi xüsusi diqqət, təşəbbüskarlıq və fədakarlıq təqdirəlayiqdir.

Daha sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasının sədr müavini Cavanşir Alxasov, Qəbələ rayon İcra Hakimiyyəti başçısının müavini Arif Abdullayev çıxış edərək şəhid ailələri, qazi və müharibə iştirakçılarının sosial və mənəvi cəhətdən dəstəklənməsi üçün həyata keçirilən işlərdən söhbət açıblar.

Tədbirin sonunda Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı adından Qəbələ rayonundan olan 44 nəfər Vətən müharibəsi qazisinə qiymətli hədiyyələr təqdim edilib.

 

 

 

 

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu