Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Novxanı” xilasetmə məntəqəsinin ərazisində yerləşən çimərlikdə istirahət edən vətəndaşlar arasında “Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.
Maarifləndirmə tədbirinin keçirilməsində məqsəd əhaliyə çimərlikdə təhlükəsizilik qaydaları barədə biliklərin aşılanması olub.
Tədbirdə FHN Sumqayıt Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Novxanı” xilasetmə məntəqəsinin əməkdaşları iştirak ediblər.
Tədbirdə əməkdaşlar tərəfindən təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verərilərək sözügedən qaydalara riayət edilməsinin vacibliyi vurğulanıb, zərərçəkmişə ilkin yardımın göstərilməsi, qadağanedici nişanlara əməl olunması və çimərlikdə sanitar-gigiyena qaydalarının tələblərinin yerinə yetirilməsinə dair söhbət aparılıb. Vətəndaşlara suda hər hansı bədbəxt hadisənin baş verməsinin qarşısının vaxtında alınması üçün zəruri tədbirlər barədə tövsiyələr də verilib.
Sonda suallar cavablandırılıb, vətəndaşlara mövzuya aid bukletlər, maarifləndirmə xarakterli müxtəlif təbliğat materialları paylanılıb.
20-29 iyul 2022-ci il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsinə hazırlıq məqsədilə “qaynaqçı” və “ilməçi-bayraqdar” kursları keçirilib....
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi “Bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış vətəndaşın xilas edilməsi” mövzusunda praktiki gecə təlimi keçirib....
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Lənkəran rayonu, Balıqçılar qəsəbəsi ərazisində yerləşən Qızılağac Milli Parkında açıq havada “Meşələri və parkları yanğından qoruyaq” mövzusunda maarifləndirmə tədbiri keçirib. ...
Ardını oxu