Geri

FHN-in Akademiyasında “Sağlam həyat tərzi” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Sağlam həyat tərzi” mövzusunda tədbir keçirilib.

Tədbirin keçirilməsində məqsəd sağlam həyat tərzinin təbliği, kursantların mümkün zərərli vərdişlərdən çəkindirilməsi və bu mövzuda ətraflı məlumatlandırılması olub.

Tədbiri giriş sözü ilə açan Akademiyanın Şəxsi heyətlə iş bölməsinin rəisi polkovnik-leytenant Hüseyn Abdinov toplantının əhəmiyyətindən danışaraq bildirib ki, belə maarifləndirici tədbirlər sağlam gəncliyin formalaşmasında mühüm rol oynayır.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva “Sağlam həyat tərzinin təbliği və maarifləndirmə” mövzusunda təqdimatla çıxış edərək İSİM tərəfindən respublikada bu sahədə görülmüş işlər barədə məlumat verib. Bildirib ki, tütündən istifadə sağlamlığa ciddi ziyan vurmaqla yanaşı, həm də ətraf mühit üçün zərərlidir.

Sonra İSİM-in İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev “Tütün epidemiyası – prioritetlər və nailiyyətlər” mövzunda təqdimatla çıxış edib.

 

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu