Geri

FHN-in Regional mərkəzlərində “28 May - Müstəqillik Günü” münasibətilə tədbirlər keçirilib

Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərində “28 May - Müstəqillik Günü”nə həsr olunmuş tədbirlər keçirilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirlərdə bildirilib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması xalqımızın müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunub. Həmin tarixdə müsəlman Şərqində ilk dəfə dünyəvi dəyərlərə söykənən demokratik, müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edilib.

70 il sonra Azərbaycan xalqı yenidən azadlıq mübarizəsinə qalxaraq müstəqilliyinə qovuşdu. Lakin 1993-cü ildə ölkədə yaranmış anarxiya və xaos nəticəsində müstəqilliyimizin itirilməsi təhlükəsi meydana çıxdı. Yalnız xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan müstəqilliyini itirmək təhlükəsindən xilas oldu və Ulu Öndərin müdrik rəhbərliyi ilə müstəqillik tariximizin yeni və parlaq mərhələsi başladı.

Ulu Öndərin mütərəqqi siyasi kursunun layiqli davamçısı Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu tarixi Zəfər qazanmaqla, 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi.

 

 

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu