Geri

FHN-in Bakı Regional Mərkəzində videokonfrans keçirilib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzində paytaxt ərazisində fəaliyyət göstərən bələdiyyələr üçün “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, təxliyə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi zamanı, həmçinin pandemiya şəraitində FHN Bakı Regional Mərkəzinin yerli özünüidarəetmə orqanları ilə birgə fəaliyyəti” mövzusunda videokonfrans formatında tədbir keçirilib.

Tədbirdə FHN-in Regional Mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin dəstəyi ilə FHN-in aidiyyəti əməkdaşlarının, Azərbaycan Şəhər, Qəsəbə və Kənd bələdiyyələrinin Milli Assosiasiyalarının rəhbərliyinin, Bakı şəhəri rayonları və qəsəbələrinin bələdiyyə sədrlərinin, eləcə də paytaxtın mülki müdafiə xidmətləri və digər aidiyyəti təşkilatların məsul nümayəndələri iştirak ediblər.

Videokonfransda çıxış edən Bakı Regional Mərkəzinin rəhbərliyi, Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının sədrləri fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, təxliyə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi, həmçinin yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı proflaktik tədbirlərin görülməsi istiqamətində həyata keçirilmiş işlər və qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyəti, problemlər və perspektivlər barədə danışıblar. Həmçinin, bələdiyyələrin qeyd olunan sahələr üzrə fəaliyyətlərinin daha da təkmilləşdirilməsi üzrə təkliflər verilib.

 

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu