Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir təşkil edib.
Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən tədbirin əsas məqsədi şəxsi heyətin “ağ ölüm”ə qarşı mübarizəi ilə bağlı maarifləndirilməsi olub.
Tədbirdə narkotik maddələrin fəsadları, insan sağlamlığına və mənəviyyətına vurduğu zərbə, ondan qorunma yolları barədə ətraflı məlumat verilib. Həmçinin, ümumbəşəri bəla olan narkomaniyanın inkişaf sürətinin qarşısının alınması istiqamətində gənclərin potensial imkanlarının genişləndirilməsinin vacibliyi vurğulanıb, onların elmə, idmana olan marağının artırılması, mədəni-asudə vaxtının düzgün təşkil olunmasının əhəmiyyəti haqqında danışılıb.
Tədbirdə çıxış edən Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının baş həkimi Vüqar Əliyev bildirib ki, bəşəri bəla olan narkomaniyaya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə hər bir ölkə üçün prioritetdir. Bu problem insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurmaqla bərabər, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir.
Tədbirin sonunda şəxsi heyətə "Narkomaniya və ağ ölümün törətdiyi faciələr" mövzusunda videoçarx nümayiş etdirilib.
24-26 iyun 2022-ci il tarixlərində Bakı Su İdmanı Sarayının ərazisində Gənclər və İdman Nazirliyi və Beynəlxalq Güc İdman Növləri Birliyinin dəstəyi, Azərbaycan Stronqmen Federasiyasının təşkilatçılığı ilə güc idman növləri üzrə Avrasiya çempionatı keçirilib....
Ardını oxu26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının Qəbələ şəhərində yerləşən “N” saylı hərbi hissəsində 44 nəfər Qəbələ rayonundan olan Vətən müharibəsi qazisinin iştirakı ilə tədbir keçirilib....
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə birgə Mərkəzin akt zalında “Su hövzələrində təhlükəsizliyin təşkil olunması istiqamətində birgə fəaliyyətin təşkili” mövzusunda müşavirə keçirilib....
Ardını oxu