Geri

FHN-in Şimal-qərb Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə fəaliyyətlərin təkmilləşdirilməsi istiqamətində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında "Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili" mövzusunda nümunəvi dərs keçirib.

Tədbirdə FHN Şimal-qərb Regional Mərkəzinin nümayəndələri, eləcə də universitetin müəllim və tələbə heyəti iştirak edib.

Dərsin keçirilməsində məqsəd universitetin müəllim və tələbə heyəti arasında mülki müdafiə biliklərinin təbliği, eləcə də onların sülh və müharibə dövrlərindəki fövqəladə hallara hazırlıq səviyyəsinin artırılması olub.

Tədbirdə Mərkəz əməkdaşları tərəfindən əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili, fövqəladə hallar zamanı davranış qaydaları, fərdi mühafizə vasitələri, kəşfiyyat və dozimetrik nəzarət cihazları barədə məlumatlar iştirakçılarının diqqətinə çatdırılıb.

Sonda suallar cavablandırılıb.

 

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu