Geri

FHN-in qurumlarında “Bəşəriyyətin təhlükə mənbəyi-Narkomaniya” mövzusunda tədbirlərin keçirilməsi davam etdirilir

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin qurum və regional mərkəzlərində mütəmadi olaraq narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı barədə şəxsi heyət arasında təbliğat-maarifləndirmə tədbirləri: metodiki vəsaitlərin, yaddaş kitabçalarının, bukletlərin, plakatların hazırlanması, şəxsi heyət arasında bu mövzuda iclas, müşavirə, “dəyirmi masa” ətrafında müzakirələrin keçirilməsi, videoçarxların, sənədli filmlərin nümayişləri, Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin məsul işçiləri ilə görüşlərin təşkili həyata keçirilir.

Bu çərçivədə FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi tərəfindən  Aviasiya dəstəsinin və Mülki müdafiə qoşunlarının “N” saylı hərbi hissəsinin şəxsi heyəti arasında “Bəşəriyyətin təhlükə mənbəyi-Narkomaniya” mövzusunda tədbirlər keçirilib.

Tədbirlərdə Baş idarənin Qoşun və qüvvələrin hazırlığı idarəsinin rəisi polkovnik Davud Məmmədov ümumbəşəri bəla olan narkomaniyanın inkişaf sürətinin qarşısının alınması istiqamətində gənclərin potensial imkanlarının genişləndirilməsi, elmə, idmana olan marağının artırılması, mədəni-asudə vaxtlarının düzgün təşkil olunmasının əhəmiyyəti haqqında çıxış edib.

Mülki müdafiə qoşunlarının Şəxsi heyətlə iş üzrə şöbəsinin Şəxsi heyətin mənəvi-psixoloji hazırlıq bölməsi rəisinin baş köməkçisi baş leytenant İlqar Abbasov narkotik asılılıq, fəsadları, insan sağlamlığına və mənəviyyatına vurduğu zərbə, ondan qorunma yolları barədə ətraflı məlumat verib.

Tədbirlərdə mövzu ilə bağlı fotoslayd və videoçarx nümayiş etdirilib, mövzu ətrafında geniş müzakirələr aparılıb, bu istiqamətdə keçirilən maarifləndirici tədbirlərin vacibliyi qeyd olunub.

Proqram üzrə tədbirlər davam etdirilir.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu