Geri

Əməkdaşlar arasında narkomaniya haqqında maairfləndirmə işləri davam etdirilir

FHN Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə məqsədilə Agentliyin əməkdaşları arasında mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilir. Bu məqsədlə Agentlik tərəfindən məlumat lövhələri və posterlər hazırlanır və maarifləndirmə materiallarının əməkdaşlar arasında yayılması təmin edilir.

Materiallarda müasir dünyanın qloballaşan problemlərindən birinin narkomaniya olduğu, narkomanlığın narkotik zəhərlərdən psixi asılılıq yaradan xəstəlik olduğu və narkomaniya ilə mübarizədə hər bir vətəndaşın fəallıq göstərməli olduğu diqqətə çatdırılır.

Narkomaniya haqqında maarifləndirmə işlərinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər Dövlət Proqramı”na uyğun olaraq davamlı şəkildə keçirilməsi nəzərdə tutulur.

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu