Geri

FHN-in Qarabağ Regional Mərkəzinin təşəbbüsü ilə Tərtər və Bərdə Rayon İcra hakimiyyətlərində müşavirələr keçirilib

Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin təşəbbüsü ilə Tərtər və Bərdə Rayon İcra hakimiyyətlərində  “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirələr keçirilib.

Tədbirlərdə FHN Qarabağ Regional Mərkəzinin, adı çəkilən rayonların icra hakimiyyətlərinin və yerli özünüidarəetmə orqanlarının nümayəndələri, aidiyyəti rayon xidmətləri və təhsil müəssisələrinin, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri iştirak ediblər.

İcra hakimiyyətlərinin müşavirələrdə çıxış edən məsul şəxsləri tədbirin əhəmiyyətindən bəhs edib, mülki müdafiə sahəsində birgə fəaliyyətin vacibliyini vurğulayıblar.

Həmçinin, Qarabağ Regional Mərkəzinin əməkdaşları sözügedən rayonların ərazisində mülki müdafiə sahəsində mövcud vəziyyət və problemlər, onların həlli yolları barədə ətraflı məlumat veriblər.

Daha sonra Qarabağ Regional Mərkəzinin əməkdaşları mülki müdafiə sahəsində görülmüş işlərdən danışıb, ərazidə yerləşən mülki müdafiə obyektlərində keçirilmiş monitorinqin nəticələri haqqında müşavirə iştirakçılarına məlumat veriblər. Qeyd olunub ki, cari ilin təqviminə uyğun olaraq rayonların ərazisində yerləşən idarə və təşkilatlara mülki müdafiə üzrə metodiki yardım göstərilib.

Müşavirələrin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu