Geri

FHN-in Cənub Regional Mərkəzinin təşəbbüsü ilə Lənkəran Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin təşəbbüsü ilə Lənkəran Şəhər İcra Hakimiyyətində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” və “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda müşavirə keçirilib.

Müşavirənin keçirilməsində əsas məqsəd mülki müdafiə sahəsində mövcud vəziyyət, problemlər və onların həlli yollarının müzakirəsi, habelə qış mövsümündə rayon ərazisində yanğın təhlükəsizliyi istiqamətində profilaktik və digər qabaqlayıcı tədbirlərin görülməsi, müvafiq maarifləndirmə işlərinin təşkili, bu işlərə rayon ictimaiyyətinin səfərbər edilməsi olub.

Tədbirdə FHN Cənub Regional Mərkəzinin, Lənkəran Şəhər İcra Hakimiyyətinin və yerli özünüidarəetmə orqanlarının nümayəndələri, aidiyyəti rayon xidmətləri və təhsil müəssisələrinin, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri iştirak ediblər.

Müşavirədə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev tədbirin əhəmiyyətindən bəhs edib, mülki müdafiə və yanğınlarla mübarizə sahəsində birgə fəaliyyətin vacibliyini vurğulayıb.

Sonra Cənub Regional Mərkəzinin Mülki müdafiə idarəsinin rəisi polkovnik Araz Hüseynov çıxış edərək rayon ərazisində mülki müdafiə sahəsində mövcud vəziyyət və problemlər, onların həlli yolları, eləcə də yanğın hadisələrinə qarşı mübarizədə maarifləndirmənin rolu barədə ətraflı məlumat verib.

Həmçinin, Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən mülki müdafiə obyektlərində keçirilmiş monitorinqin nəticələri haqqında müşavirə iştirakçılarına məlumat verilib. Qeyd olunub ki, cari ilin təqviminə uyğun olaraq rayon ərazisində yerləşən idarə və təşkilatlara mülki müdafiə üzrə metodiki yardım göstərilib.

Tədbir iştirakçılarına yaşayış massivlərində yanğınların başvermə səbəbləri, potensial təhlükələr, habelə yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları barədə ətraflı məlumat verilib.

Müşavirənin sonunda mövzularla bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzində mülki müdafiə kursları keçirilib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzində "2023-cü il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları”na əsasən Mərkəzin əhatə etdiyi ərazi üzrə Sumqayıt şəhər və Abşeron rayon orta ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri üçün mülki müdafiə kursları keçirilib. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzində 2023-cü il üçün mülki müdafiə kursları davam edir

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzində "2023-cü il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları”na əsasən “Bələdiyyə sədrləri” kateqoriyası üzrə mülki müdafiə kursu keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzində mülki müdafiə kursları keçirilib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzində "2023-cü il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları”na əsasən “Xilasetmə manqalarının komandirləri” kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib. ...

Ardını oxu