44 günlük Vətən müharibəsindən sonra mənəvi-psixoloji problemlər yaşayan vətəndaşların psixoloji reabilitasiyasının səmərəli təşkilinə yardım etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə ölkəmizə gələn qardaş Türkiyə Respublikasının peşəkar psixoloqlar qrupu ilə FHN-in Şimal Regional Mərkəzinin əməkdaşlarının görüşü keçirilib.
Görüşün keçirilməsində əsas məqsəd Mərkəz əməkdaşlarının, o cümlədən xilasedicilərin fövqəladə hadisələrlə mübarizə zamanı mənəvi-psixoloji hazırlığının daha da təkmilləşdirilməsi olub.
İnteraktiv formada keçirilən görüşdə Nazirliyin Tibb mərkəzinin psixoloqu kapitan Dilbər Əlixanovanın iştirakı ilə türkiyəli psixoloqlar qrupu Şimal Regional Mərkəzinin əməkdaşları ilə psixoloji söhbətlər aparıb və sualları cavablandırıblar.
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzində "2023-cü il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları”na əsasən Mərkəzin əhatə etdiyi ərazi üzrə Sumqayıt şəhər və Abşeron rayon orta ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri üçün mülki müdafiə kursları keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzində "2023-cü il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları”na əsasən “Bələdiyyə sədrləri” kateqoriyası üzrə mülki müdafiə kursu keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzində "2023-cü il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları”na əsasən “Xilasetmə manqalarının komandirləri” kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib. ...
Ardını oxu