Geri

FHN-in Şimal-qərb Regional Mərkəzində metodiki toplanış keçirilib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” mövzusunda metodiki toplanış keçirilib.

Toplanışın keçirilməsində məqsəd şəhər və rayonların ərazisində mülki müdafiə işinin mövcud vəziyyətinin təhlili, fövqəladə hadisələrdən qorunma sahəsində əhalinin hazırlanması, biliklərin təbliği və mülki müdafiə dəstələrinin daimi hazırlığının təmin edilməsinə diqqətin artırılması, müvafiq maarifləndirmə işlərinin intensivləşdirilməsi, bu sahədə mövcud problemlərin müzakirəsi və həlli yollarının tapılmasından ibarət olub.

Tədbirdə FHN-in Şimal-qərb Regional Mərkəzinin əməkdaşları və Regional Mərkəzin dislokasiya ərazisini əhatə edən Rayon İcra hakimiyyətlərinin Mülki müdafiə qərargah rəisləri iştirak ediblər.

Toplanışda çıxış edən Şimal-qərb Regional Mərkəzinin rəis müavini polkovnik-leytenant Ceyhun Babayev tədbirin əhəmiyyətindən bəhs edib, mülki müdafiə sahəsində birgə fəaliyyətin vacibliyini vurğulayıb.

Sonra Mərkəzin Mülki müdafiə idarəsinin rəisi polkovnik-leytenant Eldəniz Mehdiyev çıxış edərək Regional Mərkəzin əhatə etdiyi rayonların ərazisində mülki müdafiə sahəsində mövcud vəziyyət və problemlər, onların həlli yolları barədə ətraflı məlumat verib.

Həmçinin, Şimal-qərb Regional Mərkəzinin əməkdaşları tərəfindən dislokasiya ərazisinə daxil olan rayonlarda yerləşən mülki müdafiə obyektlərində keçirilmiş monitorinqin nəticələri haqqında toplanış iştirakçılarına məlumat verilib. Qeyd olunub ki, cari ilin təqviminə uyğun olaraq rayon ərazisində yerləşən idarə və təşkilatlara mülki müdafiə üzrə metodiki yardım göstərilib.

Toplanışın sonunda mövzu ilə bağlı müzakirələr aparılıb, təkliflər dinlənilib və suallar cavablandırılıb.

Digər məlumatlar

FHN-in Bakı Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu