Geri

FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi növbəti nəzarət tədbiri həyata keçirib

FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin əməkdaşları tərəfindən Fövqəladə Hallar Nazirliyinin müvafiq əmrinə uyğun olaraq, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin bazasında təşkil edilmiş hazırlıq kursuna nəzarət tədbiri həyata keçirilib. Sözügedən nəzarət tədbirlərinin həyata keçirilməsində məqsəd “Mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyi və su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması sahəsində Fövqəladə Hallar Nazirliyinin hazırlığı üzrə Təşkilati-metodiki göstərişlər”in aidiyyəti müddəalarının icrasının təmin edilməsi olub. 

Qeyd edək ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin struktur bölmələrində dalğıc vəzifələrinə təyin edilərək üç ay sınaq müddəti ilə fövqəladə hallar orqanlarında xidmətə qəbul edilmiş şəxslərin hazırlığının təşkili, eləcə də bəzi əməkdaşların peşə hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə kurslar keçirilir. Baş idarənin nəzarət tədbiri həyata keçirdiyi kurs isə 15 sentyabr – 20 oktyabr 2022-ci il tarixlərində III qrup 3-cü dərəcəli dalğıc hazırlıq kursu Xidmətin “Şıx” sularda xilasetmə məntəqəsində təşkil olunub.

Nəzarət tədbiri çərçivəsində “Şıx” sularda xilasetmə məntəqəsinin bazasının zəruri tədris vasitələri ilə (sinif otağı, dalğıc avadanlıqları və ləvazimatları, su nəqliyyat vasitəsi) təchizatı, eləcə də təsdiq olunmuş tədris proqramı və plan-konspektlərin tərtibatı, şəxsi heyətin peşə hazırlığının vəziyyəti, nizam-intizamı, geyim formasının düzgün daşınması, mövcud avadanlıqların saz vəziyyətdə saxlanılması, texniki təhlükəsizlik qaydalarına riayət edilməsi, tibbi təminatı və mənəvi-psixoloji vəziyyəti və bu kimi digər sahələr diqqət mərkəzində olub.

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzində mülki müdafiə kursları keçirilib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzində "2023-cü il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları”na əsasən Mərkəzin əhatə etdiyi ərazi üzrə Sumqayıt şəhər və Abşeron rayon orta ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri üçün mülki müdafiə kursları keçirilib. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzində 2023-cü il üçün mülki müdafiə kursları davam edir

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzində "2023-cü il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları”na əsasən “Bələdiyyə sədrləri” kateqoriyası üzrə mülki müdafiə kursu keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzində mülki müdafiə kursları keçirilib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzində "2023-cü il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları”na əsasən “Xilasetmə manqalarının komandirləri” kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib. ...

Ardını oxu