Geri

FHN işçilərinin Həmkarlar İttifaqı tərəfindən AHİK-in Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı kitablarının təqdimatı keçirilib

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə FHN-in Şimal-qərb Regional, Cənub Regional və Şimal Regional mərkəzlərində BMT-nin Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən çap edilmiş “BƏT-in dayanıqlı inkişafa dair proqram və proseslərində səmərəli iştirakı üçün AHİK-in potensialının gücləndirilməsi, “DİM/2030 gündəliyi, könüllü milli hesabat və BMT ilə əməkdaşlıq üzrə çərçivə sazişi prosesinə dair AHİK-in fəaliyyət təcrübəsinin təhlili”, “COVİD-19 böhranından sonra inkluziv sabit və davamlı xarakter daşıyan, insana istiqamətlənmiş bərpa işləri aparmaq məqsədilə qlobal fəaliyyətə çağırış” və “2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərini (DİM) həyata keçirmək üçün Azərbaycan Respublikasında görülən tədbirlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi dövrü üçün hesabat” kitablarının təqdimatı keçirilib.

Keçirilən tədbirlərdə FHN işçilərinin Həmkarlar İttifaqının məsul işçiləri, FHN-in Şimal-qərb, Şimal və Cənub Regional mərkəzlərində fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsinin sədrləri və Regional mərkəzlərin əməkdaşı olan ittifaqın bir qrup fəal üzvləri iştirak ediblər.

Tədbirlərdə çıxış edənlər Dayanıqlı İnkişafın 17 məqsədi, Dayanıqlı İnkişaf Məqsədlərin həyata keçirilməsində milli tədbirlər və irəliləyişlər, AHİK-in dövlət sisteminin həyatında və vətəndaş cəmiyyətinin qurulmasında iştirakı və sosial dialoqun təşkili haqqında iclas iştirakçılarına ətraflı məlumat verib.

Çıxışlarda qeyd olunub ki, bu gün Azərbaycan dövləti tərəfindən BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmaq üçün qarşıya qoyulmuş vəzifələr uğurla həyata keçirilir.

Digər məlumatlar

FHN-in Bakı Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu