Geri

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə fəaliyyətlərin təkmilləşdirilməsi istiqamətində Bakı Dövlət Universitetinin Qazax filialında "Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili" mövzusunda nümunəvi dərs keçirib.

Tədbirdə FHN Gəncə Regional Mərkəzinin nümayəndələri, eləcə də universitetin müəllim və tələbə heyəti iştirak edib.

Dərsin keçirilməsində məqsəd universitetin müəllim və tələbə heyəti arasında mülki müdafiə biliklərinin təbliği, eləcə də onların sülh və müharibə dövrlərindəki fövqəladə hallara hazırlıq səviyyəsinin artırılması olub.

Tədbirdə Mərkəz əməkdaşları tərəfindən əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili, bununla bağlı davranış qaydaları və fərdi mühafizə vasitələri barədə geniş məlumat verilib, suallar cavablandırılıb.

 

Digər məlumatlar

FHN-in Bakı Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu