Geri

FHN-in Gəncə Regional Mərkəzi Gəncə Beynalxalq Hava Limanında rəhbər heyətin mülki müdafiə məşqini keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Mərkəzin 2022-ci tədris ili üçün Hazırlıq planına müvafiq olaraq Gəncə Beynalxalq Hava Limanında “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda Hava Limanının rəhbər heyəti ilə nümunəvi mülki müdafiə məşqi keçirilib.

Məşqdə FHN-in Gəncə Regional Mərkəzinin Mülki müdafiə idarəsinin əməkdaşları, Gəncə Beynəlxalq Hava Limanının rəhbər heyəti, Mülki müdafiə qərargahının rəhbərliyi və mülki müdafiə qüvvələrinin komandir-rəis heyəti iştirak edib.

Tədbirin keçirilməsində əsas məqsəd rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələrlə bağlı hazırlıq səviyyəsinin yoxlanılması və bu sahədə bilik və bacarıqlarının təkmilləşdirilməsi olub.

Məşq zamanı fövqəladə hadisə üzrə şərti olaraq verilmiş siqnallar əsasında iş xəritələrinin hazırlanması, qüvvələrin idarə edilməsi, düzgün qərarvermə bacarıqları qiymətləndirilib.

Sonda şərti olaraq verilmiş siqnallar üzrə görülmüş işlər təhlil edilib və bu istiqamətdə tövsiyələr verilib.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu