Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda yanğına qarşı maarifləndirmə tədbiri keçirib.

Tədbir iştirakçılarına inzibati binalarda yanğın təhlükəsizliyinə dair tələblər barədə məlumat verilib, yanğın zamanı zəruri davranış qaydalarından söz açılıb.

Toplantıda ərazinin daim təmiz vəziyyətdə saxlanılmasının, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin, yanğına qarşı su təchizatı qurğularının daim saz vəziyyətdə saxlanılmasının vacibliyi qeyd edilib, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib.

Sonda iştirakçıların sualları cavablandırılıb, müzakirələr aparılıb.

Digər məlumatlar

FHN-in əməkdaşı beynəlxalq yarışın qalibi olub

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Stronqmen Federasiyasının dəstəyi ilə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Rövşən Xəlilov 5-6 may 2022-ci il tarixlərində Gürcüstanda keçirilən stronqmen üzrə Tbilisi Beynəlxalq Qran-Pri yarışında iştirak edib. ...

Ardını oxu

Göygöl Elektrik Şəbəkəsində rəhbər heyətin masaüstü nümunəvi mülki müdafiə təlimi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Mərkəzin hazırlıq planına uyğun olaraq Göygöl Elektrik Şəbəkəsində "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili" mövzusunda rəhbər heyətin nümunəvi masaüstü mülki müdafiə təlimi keçirilib....

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir təşkil edib....

Ardını oxu