Geri

FHN-in nümayəndələri Aİ-nin PPRD East3 proqramı çərçivəsində regional seminarda iştirak ediblər

25-26 yanvar 2022-ci il tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində Fəlakət Risklərinin Qiymətləndirilməsi üzrə regional seminar keçirilib. Tədbir Avropa İttifaqının (Aİ) “Təbii və texnogen fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri” adlı Şərq Proqramının (PPRD East) 3-cü fazası çərçivəsində 16-17 dekabr, 2021-ci il tarixlərində “online format”da təşkil olunmuş Fəlakət Risklərinin Qiymətləndirilməsi üzrə regional seminarın davamı olaraq regional qaydaların hazırlanması üzrə təşkil olunub.

Tərəfdaş ölkələrdə risklərin idarəedilməsi imkanlarının gücləndirilməsi üzrə fəaliyyət proqramına uyğun olaraq və İsveçin Mülki Müdafiə Agentliyinin (MSB), İtaliyanın Mülki Müdafiə Departamentinin CİMA tədqiqat fondunun və Aİ-nin Birgə Tədqiqat Mərkəzinin dəstəyi ilə təşkil olunmuş tədbirdə tərəfdaş ölkələrin mülki müdafiə orqanlarının, elmi-tədqiqat institutlarının və müvafiq dövlət agentliklərinin nümayəndələri iştirak ediblər. Ölkəmizi tədbirdə Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun və Respublika Seysmoloji Xidmət Mərkəzinin nümayəndələri təmsil ediblər.

Tədbiri giriş sözü ilə Gürcüstanın Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəedilməsi Xidmətinin Mülki Müdafiə Departamentinin rəhbəri Teymuraz Melkadze açaraq seminarın təbii və texnogen xarakterli fövqəladə hallara cavab sahəsində əməkdaşlığın dərinləşməsində və ən yaxşı təcrübənin bölüşülməsində, o cümlədən fəlakət risklərinin idarəedilməsi üzrə xəbərdarlığın artırılmasında uğurlu olacağına əminliyini ifadə edib və Aİ-yə bu sahədə davamlı dəstəyinə görə təşəkkürünü bildirib.

Tədbirin ilk günü tərəfdaş ölkələrin nümayəndələri milli səviyyədə fəlakət risklərinin qiymətləndirilməsi üzrə mövcud təcrübələr və Avropa məkanında fəlakət risklərinin qiymətləndirilməsi sahəsində mövcud ən yaxşı təcrübə mövzusunda Türkiyənin (AFAD), Estoniyanın (Estoniyanın Xilasetmə Xidməti) və İsveçin (MSB) müvafiq qurumlarının nümayəndələri təqdimatla çıxış etdilər.

Seminarın ikinci günü CİMA tədqiqat fondunun və Aİ-nin Birgə Tədqiqat Mərkəzinin  mütəxəssislərinin təqdimatları dinlənildi. Bildirildi ki, Aİ-nin fəlakətlərin idarəedilməsi üçün risklərin qiymətləndirilməsi və xəritələrlə bağlı qaydalarının, Aİ-də təbii və texnogen xarakterli fəlakət risklərinin ümumi icmalı sənədinin, o cümlədən risklərin qiymətləndirilməsi metodlarının (ISO 31010) və BMT-nin Fəlakət Risklərinin Azaldılması ofisinin fəlakət risklərinin qiymətləndirilməsi üzrə qaydalarının proqrama qoşulmuş tərəfdaş ölkələr üçün regional səviyyədə risklərin qiymətləndirilməsi üzrə vahid yanaşmanın hazırlanması üçün mövcud praktika kimi istifadə edilməsi nəzərdə tutulur. Eyni zamanda, hazırlanacaq regional qaydalar risklərin trans-sərhəd təsirlərini də əhatə edəcək ki, bu da fəlakətlərin qarşısının alınması və hazırlıq üzrə qonşu ölkələr arasında əməkdaşlıq üçün sahələrin müəyyən edilməsinə yönələcək. Sosial, ətraf mühit və iqtisadi faktorlara əsaslanacaq qaydalar planlaşdırma, maliyyələşdirmə, investisiya və sığorta kimi proseslərdə risklərin nəzərə alınmasının təşviqinə təkan verəcək. Vahid metodologiya tərəfdaş ölkələrdə milli səviyyədə hazırlanacaq müvafiq qaydalar və metodologiyalar üçün də istinad və baza rolunu oynaya bilər. Eyni zamanda, seminarın nəticəsi olaraq fəlakət risklərinin qiymətləndirilməsi üzrə mütəxəssislər şəbəkəsinin yaradılması da nəzərdə tutulur.

Daha sonra seminar müəyyən olunmuş hər bir təhlükə üzrə risk səviyyəsinin təyin olunması, prioritet risklərlə bağlı risk ssenarilərinin hazırlanması və təhlillərin aparılması  üzrə verilmiş praktiki tapşırıqların nəticələrinin qarşılıqlı müzakirələri ilə davam etdirilib. 

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu