Geri

FHN Akademiyası kursantlarının Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ekskursiyası təşkil olunub

FHN Akademiyasının kursantları Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində ekskursiyada olublar. Ekskursiya kursantlara milli-mənəvi dəyərlərin aşılanması, onların Azərbaycan tarixi ilə bağlı biliklərinin zənginləşdirilməsi və dünyagörüşlərinin inkişaf etdirilməsi məqsədilə təşkil edilib.

Muzey Kompleksinin əməkdaşları kursantlara qədim tariximizi özündə yaşadan eksponatlar haqqında ətraflı məlumat veriblər. Diqqətə çatdırılıb ki,  Bakı şəhərinin yaxınlığında yaradılmış kompleksin ərazisində eramızdan əvvəl III minillikdən eramızın XX əsrinə qədərki dövrə aid kurqanlar, sərdabələr, evlər, ovdanlar, qədim qəsrin qalıqları, beş məscid, üç hamam və digər abidələr var. Həmin tarixi abidələrin və eksponatların qorunması və daha da zənginləşdirilməsi üçün 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə burada açıq səma altında arxeoloji-etnoqrafik muzey kompleksi yaradılıb. Bu, ölkəmizdə açıq səma altında təşkil edilmiş ilk arxeoloji-etnoqrafik muzey kompleksidir.

Kursantlar, həmçinin, kompleksdə fəaliyyət göstərən  Əntiq Əşyalar Muzeyi ilə tanış olublar.

Daha sonra kursantlara kompleksin ərazisində  yaradılan “Tullantıdan Sənətə”  muzeyi haqqında məlumat verilib. Bildirilib ki, hazırda muzeydə 180-ə yaxın müxtəlif sənət nümunəsi var. Nümunələr plastik su qabları, sellofanlar, uşaq arabası, oyuncaqlar, müxtəlif maşın hissələri, siqaret kötükləri, tennis topları və insanların lazımsız hesab etdiyi digər tullantı materiallarından hazırlanıb.

Digər məlumatlar

FHN-in əməkdaşı beynəlxalq yarışın qalibi olub

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Stronqmen Federasiyasının dəstəyi ilə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Rövşən Xəlilov 5-6 may 2022-ci il tarixlərində Gürcüstanda keçirilən stronqmen üzrə Tbilisi Beynəlxalq Qran-Pri yarışında iştirak edib. ...

Ardını oxu

Göygöl Elektrik Şəbəkəsində rəhbər heyətin masaüstü nümunəvi mülki müdafiə təlimi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Mərkəzin hazırlıq planına uyğun olaraq Göygöl Elektrik Şəbəkəsində "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili" mövzusunda rəhbər heyətin nümunəvi masaüstü mülki müdafiə təlimi keçirilib....

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir təşkil edib....

Ardını oxu