Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti istirahət mərkəzlərində maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Masallı rayonu ərazisində yerləşən "Masallı" və Lənkəran şəhərində yerləşən “Luxe Lankaran”, “Mayak” otellərində və “Bəşəru” istirahət mərkəzində növbəti maarifləndirmə tədbirləri keçirib. Tədbirlər mehmanxana və istirahət tipli obyektlərdə yanğın təhlükəsizliyinə dair qaydaların pozulmasının qarşısını almaq, bu sahədə fəaliyyət göstərən əməkdaşları maarifləndirmək məqsədilə təşkil edilib.

Tədbirlərdə yanğın təhlükəsizliyinin təmin olunmasına obyekt rəhbərlərinin şəxsən məsuliyyət daşıdıqları, bütün əməkdaşların yanğın təhlükəsizliyi qaydalarına ciddi şəkildə riayət etmələrinin zəruriliyi xüsusi olaraq vurğulanıb.

Eyni zamanda, binaların, eləcə də binaətrafı ərazilərin təmiz saxlanılmasının vacibliyi diqqətə çatdırılıb, elektrik, havalandırma, isitmə qurğularının istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarına dair tələblər barədə məlumat verilib. Əməkdaşlarla yanğın zamanı zəruri hərəkətlər və insanların təhlükəsizliyinin təmin edilməsinə dair söhbət aparılıb, yanğın texnikasının və rabitə vasitələrinin saxlanılması, su təchizatı ilə əlaqədar müvafiq normativ sənədlərin tələblərinə ciddi əməl olunması tövsiyə edilib.

Tədbirlərdə ilkin yanğınsöndürmə avadanlıq və vasitələrindən istifadə qaydaları izah olunub, suallar cavablandırılıb.

 

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzi növbəti maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsi ilə birgə 21 oktyabr 2021-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının müəllim və tələbə kollektivi üçün “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda onlayn şəkildə maarifləndirmə......

Ardını oxu

Gəncədə “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib

19 oktyabr 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Gəncə şəhəri, Nizami Aydın adına 18 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

Lənkəran rayonunda “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi ilə birgə 18 oktyabr 2021-ci il tarixində Lənkəran rayon Yuxarı Nüvədi kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu