Geri

FHN-in Muğan Regional Mərkəzi taktiki-xüsusi məşğələ keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 6-8 sentyabr 2021-ci il tarixlərində Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri, Mərkəzin xidməti ərazisində yerləşən Biləsuvar, Hacıqabul, Sabirabad və Şirvan şəhər Dövlət Yanğından Mühafizə dəstələrinin tərkibində fəaliyyət göstərən xilasedicilərlə birlikdə taktiki-xüsusi məşğələ keçirib.

Məşğələ “Qəza baş vermiş şərti binada kəşfiyyatın aparılması, alpinist ləvazimatlarından istifadə etməklə yüksəklikdən zərərçəkmişin xilas edilməsi qaydalarının öyrədilməsi və təxliyənin təşkili” mövzusunda keçirilib.

Məşğələ xilasedicilərin nəzəri biliklərinin artırılması və döyüş hazırlığı səviyyələrinin daha da yüksəldilməsi məqsədilə təşkil olunub.

Məşğələ zamanı xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə verilən tapşırıqların öhdəsindən müvəffəqiyyətlə gəliblər.

Sonda xüsusi xilasetmə hissəsinin şəxsi heyəti məşğələnin təhlilini aparıb və növbə rəisləri tərəfindən verilən tövsiyələri qiymətləndirib.

Digər məlumatlar

Kiçikhəcmli gəmi istifadəçilərinə təhlükəsizlik qaydaları izah edilib

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları ilə birgə kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə tədbir keçirib....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin növbəti taktiki-xüsusi təlimi keçirilib

12-14 oktyabr 2021-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyətinin iştirakı ilə taktiki-xüsusi təlim keçirilib. Təlimə Dəstənin idarə heyəti və qrup rəhbərləri, eləcə də Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin əməkdaşları fövqəladə hallar üzrə yerli idarəetmə orqanı qismində cəlb olunub....

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi seminar-müşavirə keçirib

15 oktyabr 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Carlsberg Azerbaijan” MMC-də “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda seminar-müşavirə keçirib. ...

Ardını oxu