Geri

Təşkilati-metodiki göstərişlərin icrası təmin olunur

FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin əməkdaşları tərəfindən Fövqəladə Hallar Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyi və su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması sahəsində Fövqəladə Hallar Nazirliyinin hazırlığı üzrə 2021-ci il üçün Təşkilati-metodiki göstərişlər”in icrasının təmin edilməsi ilə əlaqədar Nazirliyin Muğan Regional Mərkəzində, o cümlədən Dövlət Yanğın Nəzarəti Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Muğan regionu üzrə qurumlarında müvafiq tədbirlər həyata keçirilib.

Tədbirlər zamanı qurumların xidməti fəaliyyətinin müvafiq normativ-hüquqi aktların tələbərinə uyğun olaraq təşkili və aparılması, döyüş və peşə hazırlığı, qoşun xidmətinin və xilasetmə işinin təşkili, texnika və avadanlıqların hazır vəziyyətdə saxlanılması, şəxsi heyətin nizam-intizamı, tibbi təminatı və mənəvi-psixoloji vəziyyəti, maddi-tədris bazasının gücləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib, aşkar edilmiş çatışmazlıqların qısa müddətdə aradan qaldırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir.


 

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 17 sentyabr 2021-ci il tarixində Lerik rayon Lüləkəran kənd tam orta məktəbin müəllim kollektivi və texniki işçiləri üçün “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda onlayn şəklində maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi taktiki-xüsusi məşğələ keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 6-8 sentyabr 2021-ci il tarixlərində Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri, Mərkəzin xidməti ərazisində yerləşən Biləsuvar, Hacıqabul, Sabirabad və Şirvan şəhər Dövlət Yanğından Mühafizə dəstələrinin tərkibində fəaliyyət göstərən xilasedicilərlə birlikdə taktiki-xüsusi məşğələ keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti istirahət mərkəzlərində maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti mehmanxana və istirahət tipli obyektlərdə yanğın təhlükəsizliyi qaydaları tələblərinin pozulmasının qarşısını almaq, bu sahədə fəaliyyət göstərən əməkdaşları yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmək məqsədilə... ...

Ardını oxu