Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti səhiyyə müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Tovuz, Şəmkir və Qazax rayon Mərkəzi xəstəxanalarında, həmçinin Gəncə şəhər A.Səhhət adına xəstəxanada yanğın təhlükəsziliynə dair maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə sözügedən müəssisələrin tibbi və texniki heyəti, o cümlədən yanğın təhlüksizliyinə cavabdeh şəxsləri iştirak edib.

Tədbirlərdə “Səhiyyə müəssisələrində və məişətdə yanğın təhlükəsizliyi qaydaları” və “112” qaynar xəttinə nə vaxt zəng etməli?” mövzularında çıxışlar edilib, odsöndürənlərdən və daxili yanğın kranlarından istifadə qaydaları haqqında ətraflı məlumat verilib, suallar cavablandırılıb.

Tədbirlərdə, həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanmasının, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələrinin daim saz vəziyyətdə olmasının vacibliyi vurğulanıb, yanğın zamanı tələb edilən zəruri hərəkətlərə dair izahat verilib.

 

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 17 sentyabr 2021-ci il tarixində Lerik rayon Lüləkəran kənd tam orta məktəbin müəllim kollektivi və texniki işçiləri üçün “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda onlayn şəklində maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi taktiki-xüsusi məşğələ keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 6-8 sentyabr 2021-ci il tarixlərində Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri, Mərkəzin xidməti ərazisində yerləşən Biləsuvar, Hacıqabul, Sabirabad və Şirvan şəhər Dövlət Yanğından Mühafizə dəstələrinin tərkibində fəaliyyət göstərən xilasedicilərlə birlikdə taktiki-xüsusi məşğələ keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti istirahət mərkəzlərində maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti mehmanxana və istirahət tipli obyektlərdə yanğın təhlükəsizliyi qaydaları tələblərinin pozulmasının qarşısını almaq, bu sahədə fəaliyyət göstərən əməkdaşları yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmək məqsədilə... ...

Ardını oxu