Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti "Bakı Metropoliteni"ndə seminar-müşavirə və maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti "Bakı Metropoliteni" QSC-nin Tikinti üzrə anbar təsərrüfatı bölməsində "Bakı Metropolitenində yanğın təhlükəsizliyi" mövzusunda seminar-müşavirə keçirib.

Hər iki tədbirdə bölmənin rəhbərliyi və digər əməkdaşları iştirak ediblər.

Seminar-müşavirədə malların saxlanıldığı yerlərdə müvafiq normativ sənədlərə riayət olunmasının vacibliyi vurğulanıb, yanğın təhlükəsizliyinə dair müzakirələr aparılıb, tövsiyələr verilib.

Maairfləndirmə tədbirində metropolitendə istifadə edilən yanğınsöndürmə vasitələrinin növləri və onlardan istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, yanğın təhlükəsizliynə dair davranış üsulları izah olunub.

Tədbirin sonunda suallar cavablandırılıb.

 

 

Digər məlumatlar

FHN-in Aran Regional Mərkəzi mülki müdafiə məşqi keçirib

23 sentyabr 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən “Mingəçevir SES silsiləsi” MMC-də “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib....

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti istirahət mərkəzlərində maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Masallı rayonu ərazisində yerləşən "Masallı" və Lənkəran şəhərində yerləşən “Luxe Lankaran”, “Mayak” otellərində və “Bəşəru” istirahət mərkəzində növbəti maarifləndirmə tədbirləri keçirib....

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 17 sentyabr 2021-ci il tarixində Lerik rayon Lüləkəran kənd tam orta məktəbin müəllim kollektivi və texniki işçiləri üçün “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda onlayn şəklində maarifləndirmə tədbiri keçirib....

Ardını oxu