Geri

FHN-in Gəncə Regional Mərkəzində qərargah məşqi keçirilib

29-30 iyul 2021-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Baş Əməliyyat İdarəsinin təşkilatçılığı, Nazirliyin Gəncə Regional Mərkəzinin kooridinatorluğu ilə Mərkəzin və onun əhatə etdiyi ərazidə yerləşən yerli qurumlarının qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi mövzusunda birgə qərargah məşqi keçirilib.

Gəncə Regional Mərkəzinin ərazisində əməliyyat şəraitinin daim nəzarətdə saxlanılması, əhalinin vaxtında xəbərdar edilməsi, fövqəladə hal zonasında kəşfiyyat işlərinin həyata keçirilməsi, Mərkəzin əhatə etdiyi ərazidə fəaliyyət göstərən qurumlarının koordinasiyası, qəza-xilasetmə, digər təxirəsalınmaz işlərin görülməsi və zərərçəkmişlərə ilkin tibbi yardım göstərilməsi, eləcə də əhalinin köçürülməsi üzrə tədbirlərin yerinə yetirilməsi, bunun üçün təyin olunmuş əraziyə köçürülməsi istiqamətində rəhbər və zabit heyətinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, baş vermiş fövqəladə hadisələr zamanı düzgün qərar qəbuletmə bacarığının aşılanması məsələləri birgə qərargah məşqinin əsas məqsədləri olub.

Birgə qərargah məşqi tədbirlər planına əsasən və pandemiya qaydalarına uyğun olaraq onlayn formatda keçirilib.

Qərargah məşqində verilən əməliyyat tapşırıqları şəxsi heyət tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti mehmanxana və istirahət tipli obyektlərdə yanğın təhlükəsizliyi tələblərinin pozulmasının qarşısını almaq, bu sahədə fəaliyyət göstərən əməkdaşları yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmək məqsədilə Bakı şəhəri Səbail rayonunda yerləşən “Promenado” və Nərimanov rayonunda yerləşən “Altus” otellərində növbəti maarifləndirmə tədbirləri keçirib....

Ardını oxu

Kiçikhəcmli gəmi istifadəçiləri ilə maarifləndirmə işi aparılıb

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə tədbir keçirib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi növbəti maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsi ilə birgə 21 oktyabr 2021-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının müəllim və tələbə kollektivi üçün “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda onlayn şəkildə maarifləndirmə......

Ardını oxu