Geri

FHN-in Cənub Regional Mərkəzi nəzəri-praktiki məşğələ keçirib

29 iyul 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhərinin Xəzər dənizinin sahilində yerləşən dövlət çimərliyində “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda nəzəri-praktiki məşğələ keçirilib.

Məşğələnin keçirilməsində əsas məqsəd yay mövsümü ilə bağlı su hövzələrinin təhlükəsizlik baxımından tam hazırlıq vəziyyətinə gətirilməsi, əhalinin çimərliklərdən düzgün istifadə qaydaları ilə bağlı maarifləndirilməsi, çimərliklərdə sanitar-gigiyena qaydalarının tələblərinə əməl olunması, zərərçəkmişlərin xilas edilməsi və onlara ilkin tibbi yardımın göstərilməsindən ibarət olub.

Məşğələnin gedişində birgə qarşılıqlı fəaliyyətdə FHN Cənub Regional Mərkəzinin, Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Cənub dalğıc axtarış qrupunun xilasediciləri iştirak edib.

Cənub Regional Mərkəzinin Xüsusi xilasetmə hissəsinin xilasediciləri və KHGN və SXDX-nin Cənub dalğıc axtarış qrupunun şəxsi heyəti tərəfindən şərti olaraq baş vermiş sudaboğulma hadisəsi zamanı axtarışlar aparılaraq zərərçəkmiş sudan çıxarıldıqdan sonra ona təxirəsalınmaz ilkin tibbi yardım göstərildikdən sonra aidiyyəti üzrə təhvil verilib.

Məşğələ zamanı çimərlikdə istirahət edən vətəndaşlara xüsusi xilasetmə alət və avadanlıqları, xlasetmə qayıqları nümayiş etdirilib, sularda təhlükəsizlik, davranış qaydalarını özündə əks etdirən bukletlər paylanılıb.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti mehmanxana və istirahət tipli obyektlərdə yanğın təhlükəsizliyi tələblərinin pozulmasının qarşısını almaq, bu sahədə fəaliyyət göstərən əməkdaşları yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmək məqsədilə Bakı şəhəri Səbail rayonunda yerləşən “Promenado” və Nərimanov rayonunda yerləşən “Altus” otellərində növbəti maarifləndirmə tədbirləri keçirib....

Ardını oxu

Kiçikhəcmli gəmi istifadəçiləri ilə maarifləndirmə işi aparılıb

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə tədbir keçirib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi növbəti maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsi ilə birgə 21 oktyabr 2021-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının müəllim və tələbə kollektivi üçün “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda onlayn şəkildə maarifləndirmə......

Ardını oxu