Geri

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

30 iyul 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Sumqayıt”, “Corat” və “Novxanı” xilasetmə məntəqəsinin ərazisində yerləşən çimərliklərdə istirahət edən vətəndaşlar arasında “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda maarifləndirmə tədbiri keçirib.

Tədbirinin keçirilməsində məqsəd əhaliyə çimərliklərdən düzgün istifadə qaydaları, zərərçəkmişlərin xilas edilməsi və onlara ilkin tibbi yardımın göstərilməsi ilə bağlı biliklərin aşılanması olub.

Tədbirdə FHN-in Sumqayıt Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Sumqayıt”, “Corat” və “Novxanı” xilasetmə məntəqəsinin əməkdaşları, eləcə də şəhər sakinləri iştirak ediblər.

Mərkəzin və xilasetmə məntəqəsinin əməkdaşları çimərliklərdə istirahət edən vətəndaşlara su hövzələrində təhlükəsizlik qaydalarına riayət edilməsi, suda zərərçəkmişə ilkin yardımın göstərilməsi, qadağanedici nişanlara əməl olunması və çimərliklərdə sanitar-gigiyena qaydalarının tələblərinin yerinə yetirilməsi barədə ətraflı məlumat veriblər. Eyni zamanda vətəndaşlara çimərliklərdə yeni növ koronavirusdan qorunmaq məqsədilə bir sıra qaydalara əməl edilməsinin vacibliyi bildirilib.

Vətəndaşlara suda hər hansı bədbəxt hadisənin baş verməsinin qarşısının vaxtında və operativ şəkildə alınması üçün bütün zəruri və qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində də tövsiyələr də verilib. Vətəndaşlara mövzuya aid bukletlər, müxtəlif maarifləndirmə xarakterli təbliğat materialları paylanılıb suallar cavablandırılıb.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti mehmanxana və istirahət tipli obyektlərdə yanğın təhlükəsizliyi tələblərinin pozulmasının qarşısını almaq, bu sahədə fəaliyyət göstərən əməkdaşları yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmək məqsədilə Bakı şəhəri Səbail rayonunda yerləşən “Promenado” və Nərimanov rayonunda yerləşən “Altus” otellərində növbəti maarifləndirmə tədbirləri keçirib....

Ardını oxu

Kiçikhəcmli gəmi istifadəçiləri ilə maarifləndirmə işi aparılıb

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə tədbir keçirib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi növbəti maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsi ilə birgə 21 oktyabr 2021-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının müəllim və tələbə kollektivi üçün “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda onlayn şəkildə maarifləndirmə......

Ardını oxu