Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti nəzarət və maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Yevlax Dəmiryol stansiyasında yanğın təhlükəsizliyi mövzusunda maarifləndirmə tədbiri keçirib.

Tədbirdə stansiyanın rəhbər və işçi heyətinə inzibati binalarda və məişətdə yanğın təhlükəsizliyi, odsöndürənlərdən istifadə qaydaları, “112” qaynar xətti”nə nə vaxt zəng etməli? mövzularında çıxışlar edilib və yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib.

Toplantıda ərazinin daim təmiz vəziyyətdə saxlanmasının, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələrinin daim saz vəziyyətdə saxlanılmasının vacibliyi vurğulanıb, yanğın zamanı zəruri hərəkətlər izah edilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

Digər məlumatlar

FHN-in Muğan Regional Mərkəzi taktiki-xüsusi məşğələ keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 6-8 sentyabr 2021-ci il tarixlərində Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri, Mərkəzin xidməti ərazisində yerləşən Biləsuvar, Hacıqabul, Sabirabad və Şirvan şəhər Dövlət Yanğından Mühafizə dəstələrinin tərkibində fəaliyyət göstərən xilasedicilərlə birlikdə taktiki-xüsusi məşğələ keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti istirahət mərkəzlərində maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti mehmanxana və istirahət tipli obyektlərdə yanğın təhlükəsizliyi qaydaları tələblərinin pozulmasının qarşısını almaq, bu sahədə fəaliyyət göstərən əməkdaşları yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmək məqsədilə... ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 3-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər ərazisində inşa edilən “Evim Park” MTK-ya məxsus yaşayış binasında “Tikintidə yanğın təhlükəsizliyi” mövzusunda maarifləndirmə tədbiri keçirilib. ...

Ardını oxu