Geri

FHN-in idmançıları turnirdə uğurlu çıxış edib

8-11 iyul 2021-ci il tarixlərində Göygöl Olimpiya İdman Kompleksinin boks arenasında Azərbaycan Boks Federasiyasının və Göygöl rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə “Qarabağ müharibəsində həlak olmuş şəhidlərin” əziz xatirəsinə həsr edilmiş uşaqlar və yeniyetmələr arasında boks üzrə Göygöl açıq birinciliyi keçirilib. 10 komanda və 210-dan çox idmançının mübarizə apardığı yarışda Fövqəladə Hallar Nazirliyinin boks komandası da iştirak edib.

FHN-in komandası turnirdə İdman-sağlamlıq klubunun əməkdaşı baş-leytenantı İlkin Ağayevin rəhbərliyi altında yüksək nəticələr göstəriblər. Komandanın üzvləri Dəniz Mirağayev 42 kq və Şahin Aslanov 44 kq çəki dərəcələrində bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olublar. Yarışın qaliblərinə Göygöl rayon Gənclər və İdman idarəsinin diplom və medalları təqdim olunub.

 

Digər məlumatlar

FHN-in Muğan Regional Mərkəzi taktiki-xüsusi məşğələ keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 6-8 sentyabr 2021-ci il tarixlərində Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri, Mərkəzin xidməti ərazisində yerləşən Biləsuvar, Hacıqabul, Sabirabad və Şirvan şəhər Dövlət Yanğından Mühafizə dəstələrinin tərkibində fəaliyyət göstərən xilasedicilərlə birlikdə taktiki-xüsusi məşğələ keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti istirahət mərkəzlərində maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti mehmanxana və istirahət tipli obyektlərdə yanğın təhlükəsizliyi qaydaları tələblərinin pozulmasının qarşısını almaq, bu sahədə fəaliyyət göstərən əməkdaşları yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmək məqsədilə... ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 3-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər ərazisində inşa edilən “Evim Park” MTK-ya məxsus yaşayış binasında “Tikintidə yanğın təhlükəsizliyi” mövzusunda maarifləndirmə tədbiri keçirilib. ...

Ardını oxu